Martın 11-də İsveçin NATO-ya üzv olması ilə bağlı bayraq mərasimi keçiriləcək.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
NATO-nun 32-ci üzvü elan edilən İsveçin bayrağı martın 11-də NATO-nun Brüsseldəki mənzil-qərargahında qaldırılacaq.
NATO-nun verdiyi yazılı açıqlamaya görə, martın 11-də İsveçin NATO-nun qərargahında üzvlük mərasimi keçiriləcək.
NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristerssonun iştirak edəcəyi mərasimdə İsveç bayrağı qaldırılacaq.