Jirinovskinin anti-Azərbaycan çıxışlarının GÖRÜNMƏYƏN ZƏRƏRLƏRİ: “Rusiyanı işğalçı kimi təqdim edir”backend

Jirinovskinin anti-Azərbaycan çıxışlarının GÖRÜNMƏYƏN ZƏRƏRLƏRİ: “Rusiyanı işğalçı kimi təqdim edir”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Heç bir qüvvə Azərbaycandakı mövcud milli həmrəyliyi, birliyi poza bilməz”.

Bunu Azərbaycanın Jirinovskinin sərsəm açıqlamalarına görə Rusiyaya nota verməsinə mümasibət bildirən Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov İnterpress.az-a açıqlamasında deyib.

Partiya sədrinə görə, Azərbaycan tərəfindən atılan addım düzgündür. Belə ki, Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski həm Azərbaycan XİN-in, həm də cəmiyyətimizin sərt təpkisini hiss etməli,, özünü yığışdırmalı və məsuliyyətini dərk etməlidir:

“Rusiya cəmiyyətinin özü də bu siyasi təlxəyə ciddi təpki göstərməlidir. Çünki onun kiflənmiş imperiya çağırışları və faşist ritorikası ilk növbədə, Rusiyanın özünü dünya birliyinin hədəfinə gətirir və nüfuzuna ağır zərbə vurur. İndi heç bir ölkə öz işğalçı keçmişi ilə, müstəmləkə siyasəti ilə öyünmür. Bu gün hətta Fransa kimi, İngiltərə kimi böyük ölkələr belə öz müstəmləkəçi keçmişləri barədə ümumiyyətlə danışmamağa, susmağa üstünlük verirlər. Çünki çağdaş dünyada bu kimi hallar istənilən ölkə, istənilən toplum üçün rüsvayçı hal sayılır. Ancaq Rusiya Liberal Demokrat Partiyasının (LDPR) sədri Vladimir Jirinovski isə öz çıxışında Cənubi Qafqazın Rusiyanın uzun müddət nüfuz dairəsində olduğuna görə bu gün hər kəsin Rusiyanın iradəsi ilə hesablaşmalı olduğunu iddia edir və eyni zamanda Azərbaycanı rus ordusu ilə təhdid edir, Azərbaycanın dövlət başçısına xitab edir, hədə-qorxu gəlir. Jirinovskinin bu ritorikası Rusiya cəmiyyəti və dövləti adına həqiqətən də çox ayıb bir davranışdır”.

Əlisahib Hüseynov qeyd edib ki, bu gün Rusiyada təkcə Kreml rəhbəri deyil, eləcə də əksər insanlar Jirinovskiyə ciddi siyasi fiqur kimi deyil, sadəcə siyasi təlxək kimi baxırlar:

“Azərbaycan Ermənistan deyil, Azərbaycan xalqı da, Azərbaycan Ordusu da erməni xalqı və erməni ordusu kimi deyil. Həmçinin İlham Əliyev də Paşinyan deyil. Heç bir qüvvə Azərbaycandakı mövcud milli həmrəyliyi, birliyi poza bilməz. Biz istənilən xarici müdaxilənin qarşısını öz milli birliyimizlə dəf etməyə qadirik. 20-ci əsrin müstəmləkəçi təfəkküründə ilişib qalmış və işğalçı-faşist ritorikasından heç cürə qurtula bilməyən “kiçik Hitler”lərin, mussolinilərin, səddam hüseynlərin, Jan-Mari Le Penlərin yeri isə tarixin zibilliyidir”.

Gülşən