Kambocada hoteldə yanğın zamanı 10 nəfər ölüb, onlarla yaralı varbackend

Kambocada hoteldə yanğın zamanı 10 nəfər ölüb, onlarla yaralı var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kambocanın Tailandla sərhəddə yerləşən Poypet şəhərində “Grand Diamond City Hotel and Casino” hotelində baş verən yanğında azı 10 nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə cümə axşamı Kambocanın “Fresh News” portalı polisə istinadən məlumat yayıb.

Bundan əlavə, qeyd edilir ki, hadisə zamanı daha 30 nəfər xəsarət alıb. Yerli KİV-in məlumatına görə, onlar yanıq xəsarətləri alıb, yanmış məhsulların tüstüsündən zəhərlənib və ya yuxarı mərtəbələrin pəncərələrindən tullanaraq xəsarət alıblar.

Kamboca televiziyasının yayımladığı kadrlarda binanın demək olar, tamamilə yandığı görünür.

Yanğının yanacaq çəninin partlaması nəticəsində baş verdiyi ehtimal edilir.