Kolumbiya prezidenti Qustavo Petro, İsrailin Qəzzada humanitar yardım gözləyən fələstinliləri hədəf alan hücumuna reaksiya verərək, İsraildən bütün silah alışlarını dayandırdıqlarını açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
İsrail ordusu səhər saatlarında Qəzza şəhərinin cənubunda Qəzza zolağının şimaldan cənuba birləşdirən Rəşid küçəsindəki Nablusi kəsişməsində humanitar yardım gözləyən fələstinliləri bombalayıb atəşə tutub. 112 fələstinli həyatını itirib, 760 nəfər həlak olub. Hücum zamanı fələstinlilər yaralanıb.
Qəzzada hökumətdən verilən açıqlamada İsrailin humanitar yardım gözləyənlərə hücumunun “qəsdən və planlı” olduğu vurğulanıb.
İsrail ordusunun oktyabrın 7-dən bəri məcburi köçkün fələstinlilərin sığındığı mülki yaşayış məntəqələrini, xəstəxanaları, məktəbləri və sığınacaqları hədəf alan hücumlarını davam etdirməsi, həmçinin 2,3 milyon əhalisi olan Qəzza zolağında böyük humanitar fəlakət yaşanır.