Kürdəmirdə ağır qəza: ölən və yaralanan varbackend

Kürdəmirdə ağır qəza: ölən və yaralanan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Land Rower” markalı avtomobilin sürücüsü həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirb.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı avtomobildə olan sərnişin Bakı şəhər sakini 58 yaşlı Şükürov Elman Qüdrət oğlu elə hadisə yerindəcə dünyasını dəyişib. Digər sərnişin Ucar sakini 29 yaşlı Səfərəliyev Ələkbər Rafiq oğlu isə müxtəlif növ ağır bədən xəsarətləri ilə əvvəlcə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına daha sonra usə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Ölən şəxsin meyidi isə müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Fakt araşdırılır.