London yəhudi obyektlərinə hücumlara görə İranpərəst qruplaşmanı İTTİHAM ETDİbackend

London yəhudi obyektlərinə hücumlara görə İranpərəst qruplaşmanı İTTİHAM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya yəhudi obyektlərinə hücumlarda İranpərəst qruplaşmanı ittiham edib.

İnterpress.аz xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Böyük Britaniya hökuməti ölkədə yəhudi obyektlərinə qarşı törədilən bir sıra yandırma və vandalizm aktlarında İran tərəfindən dəstəklənən “Hərəkat Əshab əl-Yəmin əl-İslamiyyə” (IMCR) qruplaşmasını ittiham edib.

Londonun məlumatına əsasən, bu qrup sinaqoqlar və yəhudi xeyriyyə təşkilatlarının təcili yardım maşınları yaxınlığındakı yanğınlar da daxil olmaqla, ümumilikdə yeddi hücuma görə məsuliyyət daşıyır. Hadisələr zamanı xəsarət alan olmayıb.

Britaniyanın təhlükəsizlik naziri Angela İql bildirib ki, IMCR qruplaşmasının arxasında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələri dayanır və onlar demək olar ki, Avropanın müxtəlif yerlərindəki hücumları idarə ediblər.

Rəsmi London bu hadisələrdən sonra həm IMCR qruplaşmasını, həm də SEPAH-ı milli təhlükəsizliyə təhdid kimi qadağan edib.

Yeni qərara əsasən, qeyd olunan qadağan edilmiş qrupların adından fəaliyyət göstərən şəxsləri ömürlük həbs cəzası gözləyir.

İran tərəfi hələlik bu ittihamlara rəsmi cavab verməyib.

Xuraman Etibarlı

İnterpress.аz