“Mən mazoxistəm?”: Paşinyan anklavlarla bağlı mövqeyini AÇIQLADIbackend

“Mən mazoxistəm?”: Paşinyan anklavlarla bağlı mövqeyini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anklav məsələsi sülhü pozmaq üçün istifadə edilə bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan açıqlama verib.

Paşinyan Qazaxı, Azərbaycanın Kərki kəndi (ermənilərin Tiqraanaşen adlandırdığı) və anklavlar məsələsi ilə bağlı mövqeyini izah edib.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi 29 743 kvadratkilometr təşkil edir və bu əraziyə Azərbaycanın üç anklavı daxil deyil.

Baş nazir bildirib ki, Ermənistanın eksklavı olan Artsvaşen (Başkənd) isə həmin əraziyə daxildir.

Paşinyan qeyd edib ki, əks yanaşma Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 29 743 deyil, məsələn, 29 755 kvadratkilometr olduğunu qəbul etmək demək olardı.

Onun sözlərinə görə, bu isə dolayısı ilə Azərbaycanla müharibə elan etmək anlamına gələrdi.

Ermənistan baş naziri hazırda Azərbaycanla anklav və eksklav məsələsinin müzakirə olunmadığını, lakin sərhədlərin delimitasiyası prosesinin davam etdiyini bildirib.

Paşinyanın sözlərinə görə, anklav və eksklav mövzusu sülhün pozulması planının qurula biləcəyi son məsələlərdən biri olaraq qalır.

Xuraman Etibarlı

İnterpress.az