Meyitdən zinət əşyalarını çıxaran iki kişi TUTULDUbackend

Meyitdən zinət əşyalarını çıxaran iki kişi TUTULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nepalda daşqında ölən qadının meyitini qarət edən iki kişi saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.

Nepalda güclü daşqın nəticəsində həlak olan qadının meyitini qarət edən iki kişi saxlanılıb.

Hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdən sonra polis araşdırmaya başlayıb.

Videoda iki kişinin Bhote Kosi çayında baş vermiş dağıdıcı daşqın zamanı həyatını itirən qadının meyitindən qızıl sırğaları çıxardığı görünür.

Görüntülərin yayılmasından sonra hüquq-mühafizə orqanları şübhəlilərin kimliyini müəyyənləşdirərək onları saxlayıb.

Hadisə ilə bağlı araşdırma davam edir.

Xuraman Etibarlı

İnterpress.az