MİT-dən növbəti antiterror ƏMƏLİYYATI: İŞİD-in “Faruk ofisi” rəhbərlərindən biri YAXALANDIbackend

MİT-dən növbəti antiterror ƏMƏLİYYATI: İŞİD-in “Faruk ofisi” rəhbərlərindən biri YAXALANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə kəşfiyyatı İŞİD-in beynəlxalq axtarışda olan təhlükəli üzvünü yaxalayaraq ölkəyə gətirib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) keçirdiyi xüsusi əməliyyat nəticəsində İŞİD terror təşkilatının təhlükəli üzvlərindən birini yaxalayaraq ölkəyə gətirib.

“Talip Gülər” kod adı ilə tanınan Əbdüssəlam Türki xaricdə keçirilən uğurlu əməliyyatla ələ keçirilib.

Onun terror təşkilatının dırnaqarası “Türkiyə vilayəti”nin tabeliyindəki “Faruk ofisi” adlı strukturda fəaliyyət göstərdiyi məlum olub.

Məlumata görə, Əbdüssəlam Türki İnterpolun “sarı” bülleteni ilə beynəlxalq axtarışda olub.

Türkiyəyə gətirilən terrorçunun hazırda hüquq-mühafizə orqanları tərəfindən dindirilməsi və onun terror şəbəkəsinin digər üzvləri ilə əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri aparılır.

Xuraman Etibarlı

İnterpress.az