Türkiyə Milli Kəşfiyyat İdarəsi İraqın şimalındakı Süleymaniyə bölgəsində yeni əməliyyat keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbərlərindən biri Gülsüme Doğan məhv edilib.
“Jiyan Mardin” kod adlı terrorçu təşkilata xərac toplayır və yeni üzvlər cəlb edirdi.