Münhendə Əfqanıstandan olan bir qaçqının avtomobili izdihamın üzərinə sürməsi nəticəsində 36 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, bu barədə WELT məlumat yayıb.
rəsmi məlumatlara görə, dünən bir əfqanIn avtomobilini Münhenin mərkəzində həmkarlar ittifaqı nümayişçilərinin izdihamı üzərinə sürməsi nəticəsində 36 nəfər yaralanıb.
Xəsarət alanlar arasında iki yaşlı uşaq da daxil olmaqla iki nəfərin vəziyyəti ağırdır.
Şübhəli Əfqan əsilli 24 yaşlı Fərhad N. bu gün məhkəmə qarşısına çıxmalıdır.
Hələlik onun hərəkətlərinin arxasında duran motivlər haqqında çox az şey məlumdur.
Qaçqın psixoloji problemlərdən, xüsusilə post-travmatik stress pozğunluğundan və hallüsinasiyalardan müalicə olunurdu.
Eyni zamanda prokuror qeyd edib ki, Fərhad N. cinayət törətməzdən əvvəl sosial şəbəkələrdə dini məzmunlu mesajlar yayıb, yaxınları ilə vidalaşıb və camaatın içinə maşın sürdükdən dərhal sonra namaz qılmağa başlayıb.
Xuraman Etibarlı
İnterpress.az