Myanmanın Mandalay şəhərindən 60 km şimalda 5,2 maqnitudalı zəlzələ baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Tailandın Meteorologiya Departamenti məlumat yayıb.
Yerli vaxtla saat 14:58-də qeydə alınan zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.