Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı – FOTObackend

Narkokuryer kokaini mənzilində axtarış əməliyyatı aparılan ev sahibinə çatdırdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkokuryer mənzilində polis əməliyyatı keçirilən ev sahibinə səkkiz kiloqram kokaini “müvəffəqiyyətlə” təslim edib.

“Liverpool Echo”nun məlumatına görə, hadisə Britaniyanın Merisayd qraflığının Hayton şəhərində baş verib.

Bildirilir ki, səhər saat 9-da polis cinayətdə şübhəli bilinən şəxsin evində axtarış aparıb. Həmin vaxt ev sahibinin yanına gözlənilmədən qonaq gəlib və ona oyuncaq qutusu şəklində paketi verib. Qutunun üzərində “yanğınsöndürən maşın”ın iki yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulduğu qeyd olunub.

Qutu polislərin marağını cəlb edib. Onu açdıqda isə içərisində 8 kq kokain aşkarlanıb.

Qeyd olunur ki, tapıntının dəyəri maddənin saflığından asılı olaraq 600 min funta (1 milyon 257 min manat) qədər ola bilər.

42 yaşlı ev sakini Böyük Britaniyaya narkotik idxalında şübhəli bilinərək saxlanılıb.