Naxçıvanda yol qəzası olub, xəsarət alan varbackend

Naxçıvanda yol qəzası olub, xəsarət alan var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Babək rayon Şıxmahmud kənd sakini, 1988-ci il təvəllüdlü Qafarov Tofiq Əşrəf oğlu xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./APA