Norveç dörd ölkədən övladlığa götürməyi dayandırırbackend

Norveç dörd ölkədən övladlığa götürməyi dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveç qanunsuz övladlığa götürmə iddialarının araşdırıldığını bildirib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

Belə ki, bu prosesdə Filippin, Tayland, Tayvan və Cənubi Koreyadan övladlığa götürmənin dayandırıldığını açıqlayıb.

Norveç Uşaq, Gənclər və Ailə İşləri Müdirliyinin VG qəzetinə verdiyi açıqlamada qanunsuz övladlığa götürmə iddiaları ilə bağlı işlərin olduğu və onların ciddi şəkildə araşdırıldığı bildirilib.

Açıqlamada Filippin, Tayland, Tayvan və Cənubi Koreyadan övladlığa götürmə prosedurlarının bu müddət ərzində dayandırıldığı və hazırda övladlığa götürmə prosesinə başlayan ailələrin əməliyyatlarını tamamlamaq üçün araşdırmanın tamamlanmasını gözləmələri lazım olduğu bildirilib.

Norveçdəki milli məlumatlara görə, övladlığa götürmə üçün ən yaxşı yerlər Cənubi Koreya, Tayvan, Tayland, Filippin və Kolumbiyadır.

Norveçin Uşaq, Gənclər və Ailə Məsələləri üzrə Direktoru Hege Nilssen bu ayın əvvəlində verdiyi açıqlamada bəzi uşaqların saxta doğum şəhadətnaməsi ilə ailələrə satıldığına dair iddialara diqqət çəkib və ölkədəki övladlığa götürmə sisteminə yenidən baxılması lazım olduğunu vurğulayıb.