Özbəkistan ABŞ vətəndaşları üçün vizasız rejim tətbiq edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli “UzA” nəşri Telegram kanalında məlumat yayıb.
2026-cı il yanvarın 1-dən etibarən ABŞ vətəndaşları Özbəkistana vizasız şəkildə 30 günədək səfər edə biləcəklər.
Müvafiq fərman respublika prezidenti Şavkat Mirziyoyev tərəfindən imzalanıb və sənəd ölkənin qanunvericilik məlumat bazasında dərc olunub.
Fərmanda qeyd olunur ki, bu qərar Özbəkistanla ABŞ arasında ticarət-iqtisadi, mədəni-humanitar və turizm əlaqələrinin inkişafı üçün əlverişli şərait yaratmağa yönəlib.
Xatırladaq ki, oktyabrın 28-də Mirziyoyevin gələn həftə ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcəyi məlum olub.
Xuraman Etibarlı
İnterpress.az






