ABŞ-də təhlükəli parazit epidemiyası yayılıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
ABŞ-də sulu ishal, iştahsızlıq və sürətli çəki itkisinə səbəb olan siklosporiaz parazitar infeksiyası sürətlə yayılır. Miçiqan və Ohayo ştatları daxil olmaqla, ölkə üzrə yoluxma hallarının ümumi sayı artıq 2800-ü keçib.
Təkcə Miçiqan ştatında 2640, qonşu Ohayoda isə 177 yoluxma halı qeydə alınıb. Səhiyyə orqanları xəstəliyə yoluxanların sayının artacağını proqnozlaşdırırlar, lakin infeksiyanın dəqiq qaynağı hələlik rəsmən müəyyən edilməyib.
Mütəxəssislər bildirirlər ki, epidemiyanın vaxtında aşkarlanmamasına səbəb Tramp administrasiyasının 2025-ci ilin martında yerli səhiyyə departamentlərinə ayrılan qrantları 11,4 milyard dollar (təxminən 19,38 milyard manat) azaltması olub. Büdcə ixtisarlarından ən çox zərər çəkən Miçiqanın ictimai səhiyyə laboratoriyaları təkbaşına 5,5 milyon dollar (təxminən 9,35 milyon manat) maliyyə itirib, bu isə kadr çatışmazlığına və tədqiqatların gecikməsinə yol açıb.

Xuraman Etibarlı
İnterpress.аz






