Paşinyan: “Ermənistan Azərbaycanın Aİİ-yə qoşulmasının əleyhinə olmayacaq”backend

Paşinyan: “Ermənistan Azərbaycanın Aİİ-yə qoşulmasının əleyhinə olmayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq.

Bunu ölkənin baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində canlı yayım zamanı bəyan edib.

“Əgər görsək ki, bu addım bizim gündəliyimizə öz töhfəsini verəcək, yəni regionun dinc inkişafı dövrünün başlanğıcı olacaq, əlbəttə ki (Ermənistan Azərbaycanın Aİİ-yə qoşulmasına qarşı olmayacaq). Əgər biz bir sıra məsələlər üzrə danışıqlarda irəliləyiriksə, yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, – deyə Paşinyan bildirib.

Mənbə: TASS