Paşinyan onun siyasətini tənqid edən diplomatdan QİSAS ALDIbackend

Paşinyan onun siyasətini tənqid edən diplomatdan QİSAS ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan Ermənistanın keçmiş xüsusi tapşırıqlar üzrə səfirindən qisas alıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumatda bildirilir ki, Paşinyan Ermənistanın keçmiş xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyandan arvadını işdən çıxarmaqla “intiqam alıb”.

Tatev Matinyan 2023-cü ildə yaradılmış Erməni Arbitraj Mərkəzinin direktoru olub, indi o, vəzifəsini itirib.

Buna səbəb Marukyanın son vaxtlar getdikcə daha çox dilə gətirdiyi hakimiyyətin yürütdüyü xarici siyasəti tənqid etməsi olub.

Xuraman Etibarlı

İnterpress.az