“Ermənistan Türkiyə ilə dialoq aparır”.
İnterpress.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan İrəvanda ATƏT Parlament Assambleyasının payız sessiyasında çıxışı zamanı deyib.
“Diplomatik münasibətlərin qurulması baxımından heç bir uğur olmasa da, indiyədək heç vaxt bu qədər fəal şəkildə dialoq aparmamışdıq. Amma Ermənistanın Türkiyə ilə münasibətlərini normallaşdırması Cənubi Qafqazda dinc, inkişaf edən mühitin strateji baxışı üçün ən vacib amildir”, – Paşinyan bildirib.
O, üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin açılması məsələsinin yaxın vaxtlarda müsbət həll olunacağına ümid etdiyini bildirib.
“Bu, çox simvolik addım olacaq”, – N.Paşinyan söyləyib.
Baş nazir vurğulayıb ki, Ermənistan Respublikası və şəxsən o, bu məqsədə nail olmaq üçün lazımi məsuliyyəti daşımağa hazırdır.