Paşinyanı danışıqlardan qaçıran SƏBƏB: “Ermənistan növbəti daxili böhrana yuvarlanacaq”backend

  Paşinyanı danışıqlardan qaçıran SƏBƏB: “Ermənistan növbəti daxili böhrana yuvarlanacaq”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan aşkar anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yol yoxdur”.

İnterpress.az xəbər verir ki, bunu Ermənistanın Azərbaycana qarşı davam edən təxribatlarına münasibət bildirən AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, politoloq Rafail Becanov deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi avqustun 9-da Şuşa şəhəri ətrafında, avqustun 11-də isə növbəti dəfə pilotsuz uçuş aparatları vasitəsilə onlara zərbə endirildiyi görüntüsü yaratmağa çalışır. Bu informasiyaların məqsədi Azərbaycanın sülh prosesinə əngəl olması görüntüsü yaratmaq və erməniləri təzyiq altında saxlamağa cəhddir:

“Sərhəd ərazilərdə baş verənlər Ermənistan rəhbərliyi tərəfindən qəsdən törədilir. Törədilən təxribatların məqsədi daxili sabitliyə hesablanan addımlar və rus əsgərlərinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsidir. Ermənistan aşkar anlayır ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa yol yoxdur. Sülh müqaviləsində isə Azərbaycan Ermənistanla olan bütün münasibətlərinə aydınlıq gətirməlidir. Bu müqavilə təkcə 44 günlük müharibənin nəticələrinə deyil, bütövlükdə Ermənistan-Azərbaycan münasibətlərinə aydınlıq gətirəcək bir müqavilə olacaq. Yəni, 1918-20-ci illərə aid məsələlər də hətta müzakirə predmeti ola bilər. Ermənistan isə bunu heç bir halda arzulamır. Çünki o zaman təkcə Zəngəzurun dəhliz kimi deyil, həm də yaşayış məskəni, azərbaycanlıların tarixi vətəni olması kimi faktlar masada müzakirə predmeti olacaq. Eyniylə də Göyçə, İrəvan məsələləri bu müqavilədə hansısa formada öz əksini tapmalıdır. Ermənistanın bu məsələlərə etiraz etməyə gücü çatmayacaq”.

Politoloq qeyd edib ki, Paşinyan danışıqlardan qaçmaq, KTMT-yə yalvarmaq, eyni zamanda müxtəlif təxribatlarla Ermənistan-Azərbaycan sərhəddini rus qoşunlarının nəzarətinə vermək və öz canını qurtarmaq istəyir:

“Ermənistan tərəfi nəinki 1918-20-ci illər, heç 1963-cü il və ya 1976-cı ildə SSRİ zamanı düzənlənən sərhədlərlə bağlı məsələlərə də hazır deyil. Dərk edirlər ki, sülh müqaviləsindən və Azərbaycanın haqlı tələblərinin qəbulundan sonra Ermənistan növbəti daxili böhrana yuvarlanacaq. Azərbaycanı isə Rusiya, yaxud KTMT ilə üz-üzə qoymağa çalışır. Paşinyan çoxbaşlı oyun oynamağa çalışır. Qərb və Rusiya ilə oynamasının səbəbi hakimiyyətini möhkəmlətməkdir. Müxtəlif mənbələr bir çox hallarda Paşinyanı ermənilərin xilaskarı kimi qələmə verməyə çalışır. Bütün bunlar blefdir. O, ermənilərin və Ermənistanın xilaskarı olsaydı, gic-gic iddialarla yaşayan sələflərinin yolunu davam etdirməzdi. Sülh müqaviləsini imzalayıb, kommunikasiyaları açmaqla xalqına, dövlətinə xidmət edərdi. Paşinyan Köçəryandan, Sarkisyandan heç nə ilə fərqlənmir. Sadəcə bir zaman onların bacardığını edə bilmədi, yəni müharibəni uduzdu”.

Gülşən