Pauerliftinq millimiz Moskvadakı dünya çempionatında medal qoymadı – FOTObackend

Pauerliftinq millimiz Moskvadakı dünya çempionatında medal qoymadı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın paytaxtı Moskvada (WRPF) pauerliftinq üzrə dünya çempionatında Azərbaycan idmançıları uğurlu çıxış edib.

Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi və idmançısı Hafiz Verdiyev deadlift növündə dünya çempionu olub.

Həmçinin tanınmış idmançılardan Ramil Əhmədov dünya çempionu adını qazanıb. Rövşən Xəlilov isə beşinci dəfə dünya çempionluğunu əldə edib. O bununla da peşəkar divizionda (ProDivision) çempion olan ilk azərbaycanlı idmançı olub.

Ümumilikdə medal qazanan idmançılarımız bunlardır:

Pauerliftinq – Hüseyn Hüseynov (-52 kq), Ramin Süleymanzadə (-60 kq), Fərdi Qurbanov (-82.5 kq, gənclər), Məhəmməd Hüseynov (-90 kq), Rövşən Xəlilov (-75 kq), Elvin Müzəffərov (-67.5 kq), Nihat Quliyev (-100 kq, gənclər), Ramil Əhmədov (-100 kq) – qızıl medal; Kamran Lazımov (-82.5 kq) – gümüş medal;

Deadlift –  Namiq Mehdiyev (-90 kq), Rauf Süleymanov (-90 kq, veteranlar), Hafiz Verdiyev (-100 kq), Nicat Xosrovzadə (-125 kq) – qızıl medal, Roman Əhmədov (-82.5 kq) – gümüş medal, Aydın Hümbətov (-125 kq) – bürünc medal.