Pentaqon Ukraynaya görə məsuliyyət daşıyan hər kəsi işdən çıxarıb – Ukraynalı jurnalist – FOTObackend

Pentaqon Ukraynaya görə məsuliyyət daşıyan hər kəsi işdən çıxarıb – Ukraynalı jurnalist – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Ukraynaya görə məsuliyyət daşıyan hər kəsi işdən çıxarıb və ya vəzifəsini müvəqqəti dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə hazırda ABŞ-də olan ukraynalı jurnalist Roman Boçkala sosial şəbəkədə yazıb.

“Ukraynaya görə məsuliyyət daşıyan hər kəs işdən çıxarılıb və ya işdən kənarlaşdırılıb. Yoxsa harasa başqa vəzifələrə keçirəcəklər, bilmirəm. Tam yenilənmə. Beləliklə, mütləq dəyişikliklər olacaq. Münasibətlərin yeni formatı. Hamısı bir az narahat edir”, – jurnalist bildirib.

Xuraman Etibarlı

İnterpress.az