Tanınmış rusiyalı jurnalist 60 yaşında vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Sputnik və RİA Novosti agentliyinin jurnalisti, uzun illər Şərqi Avropada çalışmış Leonid Sviridov 60 yaşında vəfat edib.
O, 20 ildən çox jurnalistikada çılışıb. Sviridov RİA Novosti-də 2001-ci ildə Çexiya və Slovakiyada, 2003-cü ildən isə Polşada xüsusi müxbir kimi fəaliyyətə başlayıb.
Leonidin fəal jurnalist fəaliyyəti fonunda Polşa hakimiyyəti heç bir izahat vermədən onun akkreditasiyasını ləğv edib, yaşayış icazəsindən məhrum və 2015-ci ilin dekabrında məhkəmə qərarı olmadan ölkədən qovub.
Ölümün səbəbi həkimlər tərəfindən müəyyən edilir.
Xuraman Etibarlı
İnterpress.az