Qışda günəşin olmaması xoşbəxtlik hormonu – serotonin istehsalına birbaşa təsir edir.
İnterpress.az xəbər verir ki, bunu RİA Novosti-yə həkim pulmonoloq Balabayeva deyib.
İlin bu vaxtında çatışmazlıq qısa gündüz saatları səbəbindən baş verir. Bu, insanın performansına və əhval-ruhiyyəsinə təsir göstərir.
Onun sözlərinə görə, sağlam yuxu, fiziki fəaliyyət, təmiz havada gəzinti, rəqs və musiqi mövsümi affektiv pozğunluğa qarşı durmağa kömək edəcək.
Xuraman Etibarlı
İnterpress.az