Qırğızıstanda üzü örtən dini geyimləri qadağan edən qanun QÜVVƏYƏ MİNDİbackend

Qırğızıstanda üzü örtən dini geyimləri qadağan edən qanun QÜVVƏYƏ MİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan prezidenti ictimai yerlərdə üzü örtən dini geyimlərin geyinilməsini qadağan edən qanunu imzalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Qırğızıstan prezidenti Sadır Japarov ictimai yerlərdə üzü örtən dini geyimlərin geyinilməsini qadağan edən qanunu imzalayıb.

Psixoloji və ya fiziki zorakılıq yolu ilə insanları dinə məcbur etmək, qocalar evində, hərbi hissələrdə və ya islah müəssisələrində dini ayinlərin keçirilməsi də qadağandır.

Qanunun ayrıca bəndində dini ədəbiyyatın ictimai yerlərdə, dövlət və bələdiyyə təşkilatlarında, məktəbəqədər təhsil və ümumtəhsil müəssisələrində yayılmasına, habelə yaşayış binalarının ətrafında gəzməsinə qadağa qoyulub.

Xuraman Etibarlı

İnterpress.az