Qazaxıstanın 15 rayonunda güclü külək, qar yağması və buz bağlaması səbəbindən 43 magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Informburo.kz məlumat yayıb.
Qazaxıstanın 15 rayonunda güclü külək, qar yağması və buz bağlaması səbəbindən gecə saatlarında 43 magistral yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Məhdudiyyət 6000 km-dən çox məsafədə qüvvədə olub ki, bu da bütün respublika əhəmiyyətli yollar şəbəkəsinin 25%-ni təşkil edir.
Daxili İşlər Nazirliyi qazaxıstanlılara səyahətdən çəkinməyi tövsiyə edir.
Xuraman Etibarlı
İnterpress.az