Uşaqlara tütün, veyp və qəlyan satışına görə cərimələr KƏSKİN ARTDIbackend

Uşaqlara tütün, veyp və qəlyan satışına görə cərimələr KƏSKİN ARTDI 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Duması uşaqlara tütün, veyp və qəlyan satışına görə 2 milyon rubla qədər (təxm. 33 350 man) cərimələr haqqında qanun qəbul edib.

İnterpress.az xəbər verir ki, bu barədə çərşənbə axşamı keçirilən iclasda Dövlət Duması qərar qəbul edib.

Qanunda yetkinlik yaşına çatmayanlara tütün, nikotin tərkibli məhsulların və ya onların istehsalı üçün xammalın, habelə qəlyanların və nikotin tərkibli məhsulların istehlakı üçün cihazların satışına görə inzibati cərimələrin artırılmasını nəzərdə tutulur.

“Yoxlamaların nəticələri göstərir ki, bu məhsulların satıcıları mənfəət güdərək, uşaqların həyat və sağlamlığına təhlükə yaradaraq qanun pozuntularına yol verirlər”.

“Ötən il tərkibində nikotin olan və tütün məmulatlarının satışı qaydalarının pozulmasına görə 6496 inzibati iş açılıb ki, bu da 2022-ci illə müqayisədə 53,7% çoxdur”, – Dövlət Dumasının sədri və qanunun həmmüəllifi Vyaçeslav Volodin bildirib.

Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsində olan qanun inzibati cərimələrin məbləğini əhəmiyyətli dərəcədə artırır.

Xuraman Etibarlı

İnterpress.az