Trampın Sərəncamı ilə ABŞ-ın Moskvadakı səfirliyi üzərində bayraq qaldırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Tarixdə ilk dəfə olaraq yeni ABŞ liderinin andiçmə mərasimi bayraqlar yarıya endirilmiş halda keçirilib. Tramp qərarı tənqid edib və vurğulayıb ki, yeni prezidentin and içdiyi gün hər bir amerikalı üçün bayram olmalıdır.
Trampın Ağ Evə qayıtdıqdan sonra ilk əmrlərindən biri andiçmə mərasimi zamanı bayraqların endirilməsini qadağan etmək olub. Bir neçə dəqiqədən sonra bayraq yenidən qaldırılıb.
Xatırladaq ki, daha əvvəl Baydenin göstərişi ilə Cimmi Karterin xatirəsinə endirilmişdi.
Xuraman Etibarlı
İnterpress.az