Ukrayna 700 min, Rusiya isə bir milyon əsgər itirib.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ prezidenti vəzifəsinin icrasına başlayan Donald Tramp Ağ Evdə sənədlərin imzalanması zamanı deyib.
O bildirib ki, Ukraynada gedən müharibə zamanı Rusiya bir milyona yaxın, Ukrayna isə 700 min əsgər itirib.
“Bizdə rəqəmlər var. Demək olar ki, bir milyon rus əsgəri həlak olub, 700 min Ukrayna əsgəri öldürülüb. Ruslar daha çoxdur, amma itirəcək əsgərləri çoxdur. Ancaq bu, bir ölkəni idarə etməyin yolu deyil”, – Tramp deyib.
Xuraman Etibarlı
İnterpress.az