Dağıstanda on yaşlı qız iüzgüçülük hovuzunda boğulub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Bildirilir ki, Dağıstanda on yaşlı qız ictimai hovuzda boğulub. Təlimatçılar yerində olmayıb və sahibi cərimələnib.
Musa Pataxov “Salatavia” idman zalında üzgüçülük hovuzunun sahibi, həm də orada həmtəsisçi olub. Üç uşaqlı ailə ora üzmək və saunada dincəlmək üçün gəlib. Yeganə işçi təmizlikçi xanım olub.
Uşaqlar şişmə jiletlərdə suya tullanırdılar, qızlardan biri gödəkçəsini yerə atıb, götürmək istəyəndə yıxılıb. Böyüklər onu çıxaranda o, artıq uşaq boğulurdu.
Xəstəxanaya gedərkən uşağın vəziyyəti pisləşib. Reanimasiya kömək etməyib. Pataxov insan ölümü ilə nəticələnən təhlükəli xidmət göstərdiyinə görə 130 min rubl (təxm. 2 200 man) cərimə olunub.
Xuraman Etibarlı
İnterpress.az