Polis tərəfindən saxlanılan daha bir tiktoker həbs edildi – YENİLƏNİBbackend

Polis tərəfindən saxlanılan daha bir tiktoker həbs edildi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə cəmiyyətə qarşı açıqca hörmətsizlik və qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs edildi.

İnterpress.az xəbər verir ki, məhkəmənin qərarı ilə “Roşka” ləqəbli Rövşən Süleymanov 20 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, daha əvvəl 1998-ci il təvəllüdlü, sosial şəbəkələrdə “Po jizni Cesi” ləqəbi ilə tanınan Cəsarət Cavadov da 30 sutka inzibati qaydada həbs edilmişdi.

***

10:28

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslər saxlanılıb.

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlərlə 1998-ci il təvəllüdlü, “Po jizni Cesi” ləqəbli Cəsarət Cavadov, 1996-cı təvəllüdlü, “Roşka” ləqəbli Rövşən Süleymanov saxlanılıblar. Müvafiq qərarla C.Cavadov 30 sutka inzibati qaydada həbs edilib. R.Süleymanov barəsində araşdırmalar davam etdirilir. Onun da əməllərinə hüquqi qiymət veriləcəkdir.

“Sosial platformalarda, xüsusilə də canlı yayımlar zamanı cəmiyyətə qarşı açıq hörmətsizlik, mənəvi dəyərlərə zidd davranışlar sərgiləyən şəxsləri bu əməllərindən çəkinməyə çağırırıq”, – məlumatda qeyd olunub.