Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlama vaxtını açıqlayıbbackend

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının başlama vaxtını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il Məhərrəm ayı iyulun 19-da daxil olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Bildirilib ki, iyulun 19-da Hicri-qəməri təqvimi ilə 1444-cü il başa çatır və 1445-ci il başlayır. Məhərrəm ayının 10-u Aşura günü isə iyulun 28-nə təsadüf edir.

Qeyd edilib ki, avqustun 17-də Məhərrəm ayı başa çatacaq və Səfər ayı başlayır. Sentyabrın 16-da isə Səfər ayı başa çatacaq.