“Qarabağ məsələsində bizə dəstək vermədilər” – Ərdoğanbackend

“Qarabağ məsələsində bizə dəstək vermədilər” – Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Əsassız mühakimələrlə milli və dövlətçilik maraqlarına xidmət edən layihələrə qarşı çıxmaq Cümhuriyyətə və Atatürkə qarşı olmaqdır.
İnterpress.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqaüddə olan 104 admiralın hökumət əleyhinə siyasi bəyanatına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bütün dövrlərdə bu cür çağırışlara qarşı olan Türkiyə xalqı qətiyyətlə öz dövlətini müdafiə edib. Ərdoğan, həmçinin vurğulayıb ki, sözügedən bəyanata imza atan şəxslərdən heç biri digər məsələlərdə olduğu kimi, Qarabağdakı proseslərlə bağlı sərgilənən qətiyyətli mövqeyə dəstək verməyib.

“Təqaüddə olan hərbçilərin bəyanatı hüquqa və demokratiyaya zidd çağırışdır”, – deyən Türkiyə lideri hazırda Montrö anlaşmasının müzakirə mövzusu olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin təqaüddə olan 103 hərbçisi “Montrö Boğazları Sazişi” ilə bağlı bəyanat yayıblar. Ölkənin Baş Prokurorluğu bəyanatla əlaqədar araşdırma başladıb.

 

 

İnterpress.az