Qazax RİH başçısının İƏD üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilibbackend

Qazax RİH başçısının İƏD üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu günAzərbaycan Respublikası Baş Nazirinin, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin, Respublikanın Baş Prokurorunun, Daxili İşlər Nazirinin, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin, yerli İcra Hakimiyyəti başçılarının, adı çəkilən mərkəzi icra hakimiyyəti orqanlarının yerli qurum rəhbərlərinin iştirakı ilə videomüşavirə keçirilib.
Videomüşavirə zamanı ölkəmizdə Pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub. Baş Nazir Əli Əsədov koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülməsi vacib olan bir sıra işlərlə bağlı tapşırıqlar verib.

Bununla əlaqədar Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, Rayon Prokuroru Rauf Gözəlovun, Rayon Polis Şöbəsinin rəisi Ədalət Əliyevin, Dövlət Təhlükəsizliyi Xidmətinin Qazax Rayon İdarəsinin rəisi Fərhad Süleymanovun, Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgəsi üzrə qazisi İlham Süleymanovun, RİH başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin iştirakı ilə videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün görülən zəruri tədbirlərdən danışıb.
Sonra videomüşavirədə səslənən fikirlər, verilən tapşırıqlar geniş şəkildə müzakirə olunub.
İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da pandemiyanın daha geniş şəkildə yayılmasının qarşısının alınması istiqamətində Baş Nazirin verdiyi tapşırıqların icrası ilə bağlı göstərişlərini verib.