Qazaxıstan parlamenti Ermənistana neft məhsullarının tədarükünə dair sazişi ratifikasiya edibbackend

Qazaxıstan parlamenti Ermənistana neft məhsullarının tədarükünə dair sazişi ratifikasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan parlamentinin Senatı (yuxarı palatası) Ermənistana neft məhsullarının tədarükü sahəsində ticarət-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası sazişi ratifikasiya edib.

Ermənistanla müqavilə 2020-ci ilin iyulunda Nur-Sultanda imzalanıb.

Eyni zamanda, Qazaxıstandan Ermənistana tədarük edilən göstərilən mallar üçüncü ölkələrə və Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixrac oluna bilməz. Bu öhdəliyin pozulması faktları aşkar olunarsa, Qazaxıstan tərəfi bu malların rüsumsuz çatdırılmasını qadağan etmək və ya dayandırmaq hüququnu özündə saxlayır.

Ermənistana neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq haqqında saziş Senat tərəfindən ratifikasiya olunduqdan sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevə təqdim ediləcək.