Qəbula hazırlaşan abituriyentlərin nəzərinə!backend

Qəbula hazırlaşan abituriyentlərin nəzərinə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 COVID-19 ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq, DİM təcrübəli ekspertlərin qəbul imtahanı fənləri üzrə mühazirələrini “Youtube” kanalında yerləşdirməyə başlayıb.

DİM-dən InterPress.az-a verilən məlumata görə, hazırda portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya və  biologiya fənləri üzrə ümumilikdə 122 videomühazirə yerləşdirilib.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib.

 

 

 

 

 

Interpress.az