Qırğızıstanda İŞİD üzvü TUTULDU – VİDEObackend

Qırğızıstanda İŞİD üzvü TUTULDU – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda İŞİD üzvü saxlanılıb.

interpress.az xəbər verir ki, bu barədə Qırğızıstan mediası məlumat yayıb. Qırğızıstan Milli Təhlükəsizlik (MTK) və Dövlət Komitəsinin Bişkekdə keçirdiyi əməliyyat zamanı İŞİD üzvü saxlanılıb.

Qeyd olunur ki, şübhəli Türkiyədən gətirdiyi külli miqdarda saxta dolları satmaq niyyətində olub. O, bu saxta dollarları radikal islamçılardan alıb.

Saxlanılan şəxs saxta əskinasların satışından əldə etdiyi vəsaiti “xaricdə terror fəaliyyətini daha da maliyyələşdirmək” üçün istifadə etməyi planlaşdırıb.

 

Xuraman Etibarlı

İnterpress.az