Qonşu kişini diri-diri yandıran qadın 19 ildən sonra ələ keçdi – RUSİYADAbackend

Qonşu kişini diri-diri yandıran qadın 19 ildən sonra ələ keçdi – RUSİYADA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva vilayətinin Zelenoqrad şəhərində 19 il əvvəl baş vermiş dəhşətli qətlin üstü açılıb. Lent.az-ın yerli KİV-ə istinadən məlumatına görə, 2002-ci ilin noyabrında Svetlana adlı qadın mübahisə zəminində qonşuluqda yaşayan Sergey adlı kişinin üstünə benzin tökərək ona od vurub. Sergey xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, bu illər ərzində Svetlana həmin şəhərdə, hətta qətlin törədildiyi binanın yaxınlığında yaşayıb. Elə həmin küçədəki mağazaların birində satıcı işləyib.
Hazırda qətlin motivləri araşdırılır.