Real TV nüfuzlu quruma üzv oldubackend

Real TV nüfuzlu quruma üzv oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1993-cü ildə Avropada yaradılmış ENEX dünyanın 60-dan çox kommersiya televiziya yayımçılarını birləşdirən təşkilatdır. “Sky News”, “CBS News”, Rusiyanın və Türkiyənin NTV, həmçinin bir çox ölkələrin nüfuzlu kanlları bu təşkilatın üzvüdürlər. Təşkilat təkcə Avropanı deyil, digər bölgələrdən olan kanalları da əhatə edir. Azərbaycan onun Cənubi Qafqazda yeganə nümayəndəsidir.

– Biz REAL Tv olaraq 2021-ci ilin 3 iyul tarixindən üzvüliyə qəbul olunduq. Bu, müstəsna bir hadisədir. Vətən Müharibəsindən sonra bizim materiallarımızın ENEX-də yayımlanması, canlı yayımlara qoşulmaq imkanlarımızın yaranması, informasiya mübadiləsinin aparılması çox vacibdir. Həftə ərzində bir dəfə Azərbaycanla bağlı yayımlanan sujetlərin müəllifi artıq “Real TV” olacaq. ENEX-in icraçı direktoru Adrian Vels bu münasibətlə REAL TV-yə eksklüziv müsahibə verib. Söhbətimizdə ENEX-in Azərbaycanın informasiya mübadiləsində əhəmiyyət kəsb etməsinə toxunmuşuq,- K.Qasımov deyib.

Onun sözlərinə görə, üzvliklə bağlı təklifin təşəbbüskarı ENEX olub: “Biz yeni yarananda onlar əvvəlcə kanalın fəaliyyətini izləyəcəklərini bildirdilər. Sonra isə irəliləyişimizi gördülər və bu yöndə addımlar atdılar. İyunun 4-də Kəlbəcərdə iki jurnalistimiz – Sirac Abışov və Məhərrəm İbrahimov şəhid olanda biz ENEX-lə əlaqə saxladıq. Adrean Vels bir video çəkib göndərdi və ENEX-in dəstəyini ifadə etdi. Bildirdi ki, ENEX jurnalistlərin həyatına olan qəsdləri birmənalı olaraq, hətta konfilikt zonalarında belə qəbul etmir”.

“Real TV” qurumla əməkdaşlıq çərçivəsində Avropa və dünya ilə informasiya mübadiləsini daha da genişləndirəcək. Şirkət qurumun oktyabrın 7-dən 9-na qədər Lüksemburqda keçiriləcək Zirvə Görüşünə dəvət alıb. Orada ölkəmiz və informasiya resursları haqqında təqdimat olunacaq və və gələcək əməkdaşlığın perespektivləri müzakirə ediləcək”.