“Reanimasiyada yanımda dəqiqədə bir xəstə ölürdü”backend

“Reanimasiyada yanımda dəqiqədə bir xəstə ölürdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“19 gün Rusiyada reanimasiyada qaldım. Həmin günlər ərzində ölümlə üz-üzə qaldım”.

İnterpress.az xəbər verir ki, bunu koronavirusdan yeni sağalan Əməkdar artist Mətanət İsgəndərli “Zaurla Günaydın” verilişində deyib.

Xanım sənətçi hər gün yanında COVİD xəstəsi öldüyünü deyib:

“Reanimasiyada yanımda dəqiqədə bir xəstə ölür. Hətta yanımda biri öldü, qorxurdum. Qorxumdan yorğanı üzümə çəkdim ki, görməyim də. Amma yenə də dayan bilmirdim, bir gözümlə o ölən şəxsə baxırdım. Yanımda ölüb, həm qorxuram, həm də maraq da var. Həkimlər də baxırlar ki, o neynir belə?!”.

Xatırladaq ki, Rusiyada toyları idarə etmək üçün bir müddət əvvəl ölkəni tərk edən əməkdar artist həmin ölkədə COVİD-ə yoluxmuşdu.