“Rusiya Ermənistanla birgə bəyanatın müddəalarını pozur” – Elxan Şahinoğlubackend

Rusiya Ermənistanla birgə bəyanatın müddəalarını pozurElxan Şahinoğlu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərskilah olunmalıdırlar”.

İnterpress.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin olunmaması ilə bağlı açıqlamasını dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyinin bugünkü açıqlamasında Rusiyanın imzaladığı bəyanatlara riayət etmədiyi, yeni erməni postlarının yaradılmasına şərait yaradıldığı vurğulanıb:

“Başqa sözlə, Azərbaycan Müdafiə Nazirliyi də etiraf edib ki, Rusiya Ermənistanla birgə bəyanatın müddəalarını pozur. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasının son cümləsi belədir: “Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır”. Bu açıqlama havada qalmamalıdır. Açıqlamada yazıldığı kimi “Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaqdır” cümləsinin reallaşdırılması mexanizmləri hərəkətə gətirilməlidir. Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərskilah olunmalıdırlar. Bunun başqa alternativi yoxdur”.

Gülşən