Yanvarda Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi sənaye komplekslərinə yüksək dəqiqlikli silahlarla 127 zərbə endirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri, ordu generalı Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin rəhbərliyi ilə keçirdiyi konfransda deyib.
S.Şoyqu bildirib ki, yanacaq bazaları, silah istehsalı, modernləşdirilməsi və təmiri müəssisələri, hərbi aerodromlar, Ukrayna Silahlı Qüvvələrinin bölmələri və xarici muzdlular üçün yerləşdirmə məntəqələri vurulub.