Rusiyada 2027-ci ilədək icazə verilən “Avro-2” benzini avtomobilləri MƏHV EDİRbackend

Rusiyada 2027-ci ilədək icazə verilən “Avro-2” benzini avtomobilləri MƏHV EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avro-2” benzini avtomobilin hissələrini sıradan çıxarır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, “Avro-2” standartlı yanacaq avtomobilin klapanlar, sensorlar, forsunkalar və yanacaq nasosu kimi vacib hissələrini ciddi zədələyərək vaxtından əvvəl sıradan çıxarır.

Məlumata görə, bu növ benzinin tərkibində daha çox zərərli qatışıqlar və kükürd mövcuddur ki, bu da yanma zamanı müharrikdə güclü ərp və çöküntülərin yaranmasına səbəb olur.

Rusiyada bu cür keyfiyyətsiz yanacağın istifadəsinə rəsmi olaraq 2027-ci il iyulun 1-dək icazə verildiyindən, hazırda həmin benzinə yanacaqdoldurma məntəqələrində tez-tez rast gəlinir.

Avtomobil mütəxəssisləri sürücülərə mühərrikin ömrünü uzatmaq üçün yanacaq seçimində diqqətli olmağı tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az