Rusiyada federal fövqəladə rejim TƏTBİQ EDİLDİbackend

Rusiyada federal fövqəladə rejim TƏTBİQ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya şaxta nəticəsində məhsulun zədələnməsi ilə əlaqədar federal fövqəladə rejim tətbiq edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi şaxta nəticəsində məhsulun zədələnməsi ilə əlaqədar federal fövqəladə rejim tətbiq edib.

“Hava həmişə Rusiya aqrar-sənaye kompleksində gələcək məhsul üçün həlledici amillərdən biri olub. Amma bu yaz yenə də fermerlərə gözlənilməz və çox xoşagəlməz bir sürpriz təqdim etdi. Yaya bənzəyən isti apreldən sonra bir sıra bölgələrdə qış mahiyyətcə geri döndü.

May şaxtaları, mütəxəssislərin fikrincə, gələcək məhsula ciddi təsir göstərəcək. Analitiklər onun proqnozlarını aktiv şəkildə azaldırlar. Şaxta ilə əlaqədar on rayonda fövqəladə vəziyyət elan edilib”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az