Rusiyada məsciddə YOXLAMA APARILDIbackend

Rusiyada məsciddə YOXLAMA APARILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məsciddə yoxlama aparılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, polis əməkdaşları, FTX və Rusiya Milli Qvardiyası Surqut şəhərindəki kafedral məscidində əcnəbi mütəxəssislərin sənədlərini yoxlayıb.

Nəticədə 140 əməkçi miqrant şəhər Daxili İşlər Nazirliyinin miqrasiya idarəsinə aparılıb.

“Polis əməkdaşları 140 əcnəbini Rusiya Daxili İşlər Nazirliyinin Surqut şəhərindəki miqrasiya idarəsinə təhvil veriblər”, – deyə xidmətin açıqlamasında bildirilir.

Nəticədə təhlükəsizlik qüvvələri miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 17 inzibati xəta faktını müəyyən etməyə nail olub.

Müsəlman məbədinin daha bir ziyarətçisi Rusiya Federasiyasının ərazisində qeyri-qanuni olub. Onu deportasiya gözləyir.

Xuraman Etibarlı

İnterpress.az