Rusiyada miqrantlara qarşı mənfi münasibət artıb – Qapalı sorğunun NƏTİCƏLƏRİbackend

Rusiyada miqrantlara qarşı mənfi münasibət artıb – Qapalı sorğunun NƏTİCƏLƏRİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Crocus City Hall-da baş verən terror aktından sonra Rusiyada miqrantlara qarşı mənfi əhval-ruhiyyə artmağa başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə media Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTsİOM) aprel ayında keçirdiyi qapalı sorğuya istinadən məlumat yayıb.

Nəticələrə görə, respondentlərin 55-60%-i Rusiya Federasiyasında əmək miqrantlarına münasibəti “kifayət qədər mənfi”, 30%-i isə müsbətdir. 2022-ci il sorğusu ilə müqayisədə mənfi düşüncəli rusların sayı bir yarım dəfə artıb.

Respondentlərin 60%-i miqrantlara münasibətin pisləşəcəyinə inanır. 40%-i qeyd edir ki, yuxarıda adı çəkilən terror aktının “ölkədə daha sərt miqrasiya siyasəti ilə qarşısını almaq olardı”.

“Sorğu nəticələrini şərh edən mənbə qeyd edib ki, rusların miqrantlara qarşı mənfi münasibəti hakimiyyət üçün o qədər də yaxşı xəbər deyil.

Terror aktından sonra düşmənçiliyin artması qaçılmaz idi, baxmayaraq ki, hakimiyyət neqativliyin bu qədər kəskin artacağını gözləmirdi”, – deyə media yazıb.

Xuraman Etibarlı

İnterpress.az