Rusiyadan ABŞ-ya qarşı SANKSİYAbackend

Rusiyadan ABŞ-ya qarşı SANKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulduğunu açıqlayıb.
Nazirlikdən verilən yazılı açıqlamada ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.

Açıqlamada 227 ABŞ rəsmisinin qarşılıq olaraq Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu bildirilib.

Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar daxildir.

İnterpress.az