Rusiyanın İrəvandakı səfiri tezliklə Ermənistana qayıdacaq.
İnterpress.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Mixail Qaluzin məlumat verib. O bildirib ki, Rusiyanın İrəvandakı səfiri tezliklə Ermənistandakı işinə qayıdacaq.
“Məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın İrəvandakı səfiri tezliklə Ermənistana qayıdacaq və diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasından söhbət gedə bilməz”, – Qaluzin deyib.
Xuraman Etibarlı
İnterpress.az