Şarl Mişel: “Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır”backend

Şarl Mişel: “Cənubi Qafqazın təhlükəsizliyinə göstərilən səylərə dəstəyimiz tamdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüsseldəki son müzakirələrimizi davam etmək üçün Ermənistanın Baş naziri Nikol Paşinyanla danışdım”.

İnterpress.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

“Cənubi Qafqazın dinc, sabit və təhlükəsiz olmasını təşviq etmək üçün göstərilən bütün səylərə dəstəyimiz tamdır”, – siyasətçi bildirib.

Qeyd edək ki, ötən gün N.Paşinyanla Ş.Mişel arasında telefon danışığı olub. Ermənistan Nazirlər Kabinetinin məlumatına görə, tərəflər aprelin 6-da Azərbaycan Prezidenti İlham Əliyevlə Brüsseldə keçirilən görüşdə əldə olunmuş razılaşmaların həyata keçirilməsi, eləcə də Ermənistan-Avropa İttifaqı münasibətlərinin gündəliyi ətrafında fikir mübadiləsi aparıblar.